REGİONLAR
“İdeyadan başlanğıca” devizi altında onlayn seminar keçirilib
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında onlayn seminar təşkil olunub.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda fakültənin dekanı Əşrəf Ələkbərov çıxış edərək, onlayn tədbirin əsas məqsədinin tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaqdan ibarət olduğunu deyib.
Sonra nazirliyin əməkdaşı Mehparə Məmmədova “Startap layihələrinin hazırlanması və təqdimatında biznes planların əhəmiyyəti, tərtib olunma qaydaları və biznes-plan nümunəsi” mövzusunda slayd materiallar vasitəsilə tələbələrə geniş məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.