İDMAN


İdman gimnastlarımız Almaniyada dünya kubokunda iştirak ediblər

Bakı, 29 noyabr, AZƏRTAC

Almaniyanın Kotbus şəhərində idman gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, 20-dən çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycanı milli komandamızın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil ediblər.

Gimnastlarımızdan ən yaxşı nəticəni N.Simonov göstərib. O, halqalarda 14.266 xal toplayaraq 12-ci yerdə qərarlaşıb. İ.Tixonov isə dəstəli at üzərində çıxışına görə, 38 idmançı arasında 13-cü olub (13.733 xal).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.