İDMAN


İdmanda korrupsiyanın qarşısının alınması mövzusuna həsr olunmuş konfrans keçiriləcək

Bakı, 22 avqust, AZƏRTAC

Rusiya və BMT sentyabrın 3-4-də Vyanada idmanda korrupsiyanın qarşısının alınmasına həsr ediləcək ikinci beynəlxalq konfrans təşkil edəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, konfrans idmanda korrupsiya ilə əlaqəli cinayətlərin aşkarlanması, dövlət, özəl sektor və beynəlxalq idman təşkilatları arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə kömək məqsədi daşıyır.

Tədbirə 70-ə yaxın ölkədən 200-dən çox iştirakçının qatılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.