İQTİSADİYYAT


İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

Bakı, 29 iyul, AZƏRTAC

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin mayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 103,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,9 faiz, 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin müvafiq dövrünə nisbətən isə 121 faiz təşkil edib. 2022-ci ilin may ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 106,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 182,7 faiz, 2022-ci ilin yanvar-may aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 177,4 faiz olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.