İQTİSADİYYAT


İki şirkətin qiymətli kağızları BFB-də ticarətə buraxılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-dən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Mingəçevir-tikinti-60" ASC və "Qazma-tütün" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, "Mingəçevir-tikinti-60" ASC-nin ticarətə buraxılan qiymətli kağızlarının sayı 22 min 625 ədəd, "Qazma-tütün" ASC-nin isə 18 min 285 ədəddir. Hər iki şirkətin səhmlərinin ilkin ticarət qiyməti 2 manatdır.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.