Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illik yubileyi qeyd edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fatma Səttarovanın anadan olmasının 100 illik yubileyi münasibətilə yanvarın 25-də Respublika Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, gəncliyini İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşlərdə keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş Fatma Səttarova həmin dövrlə bağlı qaynar xatirələri ilə qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan xalqı tanıyır və sevir. O, 2021-ci ilin fevralından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır.

Vurğulanıb ki, Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri təntənəli şəkildə qeyd edilir. Respublika Veteranlar Təşkilatında İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da bu diqqət və qayğının bariz nümunəsidir.

Cəlil Xəlilov Fatma Səttarovanın yanvarın 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif olunduğunu, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın onu 100 illik yubileyi münasibətilə təbrik etdiklərini xatırladıb. O, təbrik məktublarının mətnini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin yubiley münasibətilə yanvarın 25-də Fatma Səttarovanı qəbul etdiyi, ona “İstiqlal” ordeni təqdim etməsi xüsusi vurğulanıb.

Yubilyarın keçdiyi çətin və şərəfli ömür yolundan danışan Cəlil Xəlilov dövlətimizin başçısı İlham Əliyevin Fatma Səttarovanı “İstiqlal” ordeni ilə təltif etməsinin veteranlara, o cümlədən Respublika Veteranlar Təşkilatının fəaliyyətinə və bütün veteranlara verilən yüksək qiymətin növbəti göstəricisi olduğunu bildirib.

Müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, veteranların, ziyalıların iştirak etdikləri tədbirdə Fatma Səttarovanın 100 illik ömür yolundan bəhs edən Azərbaycan Televiziyasının çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini professor Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Habil Talıbov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri İrek Zinnurov, prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov, şəhər və rayon veteran təşkilatlarının sədrləri və başqaları təmsil etdikləri qurumların rəhbərləri və kollektivləri adından Fatma Səttarovaya təbriklərini və ən xoş arzularını çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıblar. Yubilyara medallar və hədiyyələr təqdim olunub.

Çıxış edənlər dövlətimizin başçısının veteranlara, yaşlı nəslin nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs ediblər. Həmçinin Fatma Səttarovanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirakı xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Fatma Səttarovanın həyat yolu, Vətənə sevgisi, fədakarlığı hər bir gənc üçün nümunədir. O, həyatını xalqına, dövlətinə şərəfli xidmətə, gənclərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsinə həsr edib. Fatma Səttarovanın həyat yolu gənclər və yeniyetmələr üçün böyük məktəb olaraq qalacaq. Həm dövlətimizin başçısı, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib.

Qeyd olunub ki, Fatma Səttarovanın keçdiyi həyat yolu, təcrübəsi Azərbaycan gənclərinə nümunədir və bu gün veteranlarımızın mövqeyi gənclərimiz üçün vacibdir. Həmin gənclərimiz 44 günlük Vətən müharibəsində öz sözlərini dedilər. Veteranlarımız və qazilərimiz dövlətimizin başçısının qayğısı ilə əhatə olunub. Odur ki, veteranlarımız və gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, dövlətimizin başçısının yürütdüyü siyasətə fəal dəstək olmalıdırlar.

Bildirilib ki, Fatma Səttarova Respublika Veteranlar Təşkilatının fəaliyyətinin genişləndirilməsində əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəmir. O, Azərbaycanı MDB ölkələrində keçirilən tədbirlərdə layiqincə təmsil edərək ölkəmiz, o cümlədən Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb.

Yubilyar və nəvəsi göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, iştirakçılara minnətdarlığını bildirib. Vətəni layiqincə təmsil etməsindən qürur duyduğunu vurğulayan Fatma Səttarova hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, Ümummilli Liderimizin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya veteranlar adından minnətdarlığını çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib