CƏMİYYƏT


İkinci Şəhidlər xiyabanında uyuyan qazaxıstanlı kəşfiyyatçının xatirəsi anılıb

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Qazaxıstan Respublikasında Vətən Müdafiəçiləri Günüdür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, səfirliyin diplomatları, Qazaxıstan Parlamentinin deputatı, azərbaycanlı soydaşımız Əbülfəz Xanmedov Bakıda İkinci Şəhidlər xiyabanında uyuyan qazaxıstanlı kəşfiyyatçı Erbol Berinbetovun məzarını ziyarət ediblər.

Qazaxıstanın ölkəmizdəki səfiri ziyarətçilərin diqqətinə çatdırıb ki, Erbol Berinbetov 20 yaşında Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçib. Səfir qazax hərbçinin Milli Qəhrəman kimi Şəhidlər xiyabanında dəfn edildiyi, ona verilən dəyər üçün Azərbaycan xalqına minnətdar olduğunu qeyd edib.

Qeyd edək ki, Erbol Berinbetov 1992-ci ildə Qazaxıstanın Almatı vilayətindən Azərbaycana gələrək Qarabağ uğrunda döyüşlərdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.