ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu Şəkidə maarifləndirici tədbir keçirib

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Şəki Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov çıxış edib. O bildirib ki, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir avadanlıqla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Elxan Abdullayev çıxışında ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün lazımi şəraitin yaradıldığını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, institut Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı əsasında yaradılıb. Rektor institutun istifadəyə verilmiş yeni inzibati binasının açılış mərasimində İlham Əliyevin iştirak etməsini ölkə rəhbərinin dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb.

Aİİ rəhbəri daha sonra institutun məqsəd və hədəfləri haqqında danışıb.

Rektorun köməkçisi Emin Orucov çıxışında qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. İnstituta qəbul olunacaq hər abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq.

E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil imkanları, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Daha sonra Aİİ-nin ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Aİİ-nin nümayəndə heyəti Şəki İslam Kollecini ziyarət edib. Kollecdə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Şəki-Oğuz bölgəsi üzrə qazisi Kamran Məmmədov, təhsil müəssisəsinin direktoru Abdurrahman Nuri və QMİ-nin təhsil işləri üzrə koordinatoru Fuad Quliyevlə görüş təşkil olunub.

Aİİ rektoru Aqil Şirinova kollec haqqında geniş məlumat verilib, tədris prosesi, keçirilən fənlər barədə danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.