ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sərgidə ziyarətçilərə Aİİ-də tədris edilən ixtisaslar, ali tədris müəssisəsinin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə və təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, sərgidə Aİİ-nin fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərin, yeni nəşrlərin nümayişi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır.

2018-ci ildə təşkil edilmiş sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, həmçinin 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.

Azərbaycan İlahiyyat İnstitutu xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu səbəbdən bir sıra ölkələrə səfərlər təşkil edilib, müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.