Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İlham Əliyev. Elektron külliyyat” adlı yeni resursun təqdimatı olub VİDEO

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Prezident Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron resursun təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan həmin resursda toplanmış materiallardan istənilən şəxs asanlıqla istifadə edə bilər. Dörd fəsildən ibarət resursda dövlətimizin başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb.

Resursun ikinci fəslində istifadəçilər çox sadə axtarışla Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən 1370 çıxışının, nitqinin, müsahibəsinin, bəyanatının tam mətnini əldə edə bilərlər. Bu fəslin başqa bölməsinin materiallarının təhlili göstərir ki, çox uğurlu xarici siyasət xətti formalaşdıran Prezident İlham Əliyev 2003-2018-ci illərdə dünyanın 50 ölkəsinə 259 dəfə səfər edib. Bu səfərlərin 31-i Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Həmin səfərlərin tam xronikası, Prezident İlham Əliyevin xarici siyasətlə bağlı çıxışlarının, nitqlərinin, müsahibələrinin tam mətnləri, xarici siyasətlə əlaqədar qanun, fərman və sərəncamlar, eləcə də xarici ölkələrə səfərlərə dair materiallar “Xarici siyasət fəaliyyəti” adlı bölmədə toplanıb.

Dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramlarına aid bütün materiallar da resursun ayrıca bir bölməsində yerləşdirilib. Bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev yalnız 2014-2018-ci illəri əhatə edən sonuncu Dövlət Proqramı çərçivəsində 57 rayonda 86 dəfə səfərdə olub və bu Proqramın icrası ilə bağlı 7 Fərman, 305 Sərəncam imzalayıb. Proqramın başa çatmasına hələ 8 ay qalır, yəni, regionlara səfərlərin və onların sosial-iqtisadi inkişafına dair sənədlərin sayı təbii ki, artacaq.

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları da külliyyatda ayrı bölmədə verilib. İnteraktiv olan bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin müxtəlif sahələr üzrə inkişafına dair 107 fərman və sərəncam imzalayıb.

Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində yaranan nəhəng rəsmi sənəd kütləsindən oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə Prezident Kitabxanasında digər elektron resurslar da yaradılır. Dövlətimizin başçısının imzaladığı və dövri mətbuatda nəşr olunmuş 3616 qanun, 3662 fərman və 9740 sərəncamın, eləcə də Nazirlər Kabinetinin 2003-2018-ci illəri əhatə edən 4172 qərarının elektron biblioqrafik göstəriciləri belə resurslardandır.

Mayıl Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyat salnaməsini və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərin, çıxışların, müsahibələrin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və onun biblioqrafiyasının vahid elektron məkanda toplanılması və külliyyat şəklində təqdim edilməsi istifadəçilərin işini xeyli dərəcədə asanlaşdırır və daha əlçatan edir.

Qeyd edilib ki, “İlham Əliyev. Elektron külliyyat” tammətnli elektron nəşrinin birinci fəsli “Həyat və fəaliyyəti” adlanır və beş bölmədən ibarətdir.

“Bioqrafiya” adlanan birinci bölmədə qısa bioqrafik məlumat verilib.

“Xronologiya” adlanan bölmə iki yarımbölmədən ibarətdir. Birinci yarımbölmədə Prezident İlham Əliyevin həyat və fəaliyyətinin 1961-2003-cü illər dövrünü əks etdirən xronologiya öz əksini tapır. Bu bölmədə İlham Əliyevin prezidentliyə qədərki dövrdə Milli Olimpiya Komitəsinin prezident və Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi fəaliyyəti xronoloji ardıcıllıqla əks etdirilib.

Dövlətimizin başçısının 2003-2018-ci illərdə prezidentlik dövrünü əhatə edən hadisələrin xronologiyası isə ayrı-ayrı illər üzrə ikinci yarımbölmədə toplanılıb.

“Təltiflər” bölməsində Prezident İlham Əliyevin 2003-cü ildən etibarən layiq görüldüyü yüksək mükafatların və fəxri adların siyahısı verilib. Həmin bölmənin materialları “Ordenlər”, “Medallar və fəxri nişanlar”, “Fəxri elmi adlar”, “Fəxri adlar və mükafatlar”, “İdman təşkilatlarının mükafatları” başlıqları altında təqdim edilir.

Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlət başçısı kimi müxtəlif tədbirlərdə, beynəlxalq təşkilatların tribunalarında etdiyi çıxışlardan və nitqlərdən seçilmiş fikirlər “İqtibaslar” başlığı altında 26 istiqamətdə toplanılıb.

“Məşhurların fikirləri” bölməsində bir sıra dövlət başçılarının, görkəmli dövlət xadimlərinin və siyasi xadimlərin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dövlətimizin başçısı haqqında söylədikləri qiymətli fikirlər toplanılıb.

Tammətnli elektron nəşrin ikinci fəsli “Azərbaycan Respublikasının Prezidenti” adlanır. Bu fəsil 7 bölmədən ibarətdir. Birinci bölmə “Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları” adlanır. Bu bölmədə 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin nitqlərinin, çıxışlarının, məruzələrinin, müsahibələrinin və bəyanatlarının tam mətnləri illər üzrə ayrı-ayrı yarımbölmələrdə istifadəçilərin ixtiyarına verilir.

İkinci bölmə isə “Gündəlik fəaliyyətin xronikası” adlanır.

Üçüncü bölmə “Xarici siyasət fəaliyyəti” adlanır və dörd fəsildən ibarətdir. Birinci fəsil “Xarici siyasət fəaliyyətinin xronikası”, ikinci fəsil “Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr”, üçüncü fəsil “Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların xronikası”, dördüncü fəsil isə “Xarici ölkələrə səfərlərin fotoxronikası” adlanır. Bu bölmədə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunur.

Dördüncü bölmə “Neft diplomatiyası” adlanır. Bu bölmənin özü də fəsillərə bölünür. Birinci fəsil “İlham Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (30 aprel 1994 - 4 avqust 2003)” adlanır. İkinci fəsil “İlham Əliyev - Azərbaycan Respublikasının Baş naziri (5 avqust 2003 - 15 oktyabr 2003)” adlanır. Üçüncü fəsil isə “İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti (15 oktyabr 2003-cü ildən)” adlanır. Bu bölmədə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının 1994-cü ildən etibarən reallaşması istiqamətində görülən işlər öz əksini tapıb.

Beşinci bölmə isə “Olimpiya hərəkatı” adlanır. Bu bölmə doqquz fəsildən ibarətdir. Birinci fəsil “Azərbaycanda idman və Olimpiya Hərəkatı”, ikinci fəsil “Azərbaycan Milli Olimpiya Komitəsi”, üçüncü fəsil “Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı”, dördüncü fəsil “Bakı-2015” I Avropa Oyunları”, beşinci fəsil “İslam Həmrəyliyi Oyunları”, altıncı fəsil “MOK-un quruculuq fəaliyyəti”, yeddinci fəsil “2012-ci il “İdman İli”, səkkizinci fəsil “Beynəlxalq yarışlar” adlanır. “Elektron kitablar” adlanan doqquzuncu fəsildə isə idmanla və Olimpiya Hərəkatı ilə bağlı kitabların elektron versiyaları toplanılıb.

Altıncı bölmə “Regionların sosial-iqtisadi inkişafı” adlanır. Bu bölmə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən 2004-2008-ci illər, 2009-2013-cü illər və 2014-2018-ci illər dövlət proqramlarını əhatə edir. Ayrı-ayrılıqda təqdim edilən dövlət proqramları haqqında materiallar “Rəsmi sənədlər”, “Dövlət tədbirləri” və “Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərləri” başlıqları altında toplanılaraq istifadəçilərə təqdim edilir.

İkinci fəslin sonuncu bölməsi isə “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı” adlanır. Bu bölmənin materialları “Dövlət proqramları”, “Rəsmi sənədlər” və “Dövlət tədbirləri” başlıqları altında qruplaşdırılıb. Dövlət proqramları başlığı altında 2006-2007-ci illəri əhatə edən tədbirlər proqramı, 2011-2013-cü illəri və 2014-2016-cı illəri əhatə edən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının materialları toplanılıb. Bu bölmədə, həmçinin Bakı şəhərinin və onun rayonlarının sosial-iqtisadi inkişaf istiqamətlərinə dair axtarış sistemi tətbiq edilib.

Tammətnli elektron nəşrin üçüncü - “İnkişaf - məqsədimizdir” fəslində Prezident İlham Əliyevin “İnkişaf - məqsədimizdir” çoxcildliyinin (56 cild) bütün nəşrlərinin elektron versiyaları toplanılıb. Bu cildlərdə dövlətimizin başçısının daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafına və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, görüşləri haqqında materiallar və məktublar öz əksini tapıb.

Elektron nəşrin sonuncu fəsli “Biblioqrafiya” adlanır və “Kitablar” və “Məqalələr” bölmələrindən ibarətdir. “Kitablar” bölməsində Prezident İlham Əliyevin müəllifi olduğu və onun haqqında yazılan kitabların Azərbaycan və rus dillərində biblioqrafik təsvirləri verilib. “Məqalələr” bölməsində isə Prezident İlham Əliyev haqqında yazılan məqalələrin Azərbaycan, rus və ingilis dillərində biblioqrafiyası öz əksini tapıb.

“İlham Əliyev. Elektron külliyyat” nəşri mütəmadi olaraq yenilənir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, təqdim olunan layihə müasir Azərbaycanın bugünkü həyatı ilə sıx bağlıdır, onun dinamik inkişafını əks etdirən çox zəngin sistemli mənbədir. Aydındır ki, biz son illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yüksək inkişaf dinamikasından bəhs edirik. Müxtəlif müzakirələrdə Azərbaycan Respublikasının həyatının rəngarəng sahələrinə diqqət yetiririk və oradakı prosesləri təhlil edir, ictimaiyyətin diqqətinə çatdırır, beynəlxalq aləmə çıxarırıq. Bu hadisələrin ahəngi, cərəyan edən proseslər bu gün Azərbaycan vətəndaşının marağına uyğun şəkildə aparılan dövlət siyasətinin bariz təzahürüdür. Təsadüfi deyil ki, ölkəmizdə yaranmış ab-havanın, cərəyan edən proseslərin məntiqi nəticəsi bu il aprelin 11-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini yenidən Prezident İlham Əliyevə verməsi oldu. İlham Əliyevin yenidən Prezident seçilməsi ilə ölkəmizdə həyata keçirilən siyasi xəttin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə hər birimizdə əminlik yarandı. Bu gün ölkə həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrinə diqqət yetirdikdə görürük ki, aparılan köklü islahatların məntiqi nəticəsi kimi gündən-günə daha da möhkəmlənən ictimai-siyasi sabitlik, sosial-iqtisadi dəyişikliklər əhalinin əhval-ruhiyyəsinə də müsbət təsir edir. Azərbaycanın həyatının hər hansı bir sahəsini öyrənmək, ona qiymət vermək istəyən tədqiqatçı-ekspert, istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır. Dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində əsas müəllif, təşəbbüskar və onun ilk mühüm icraçısı təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun fəaliyyətinə diqqət yetirmədən, ölkədə aparılan dövlət siyasətinin aspektlərini öyrənmədən Azərbaycanın həyatının müxtəlif sahələri ilə bağlı fikir yürütmək təbii ki, qeyri-mümkündür. Bu baxımdan təqdimatı keçirilən portal çox mühüm mənbə rolunu oynayır. Çünki qeyd edildiyi kimi, bu portalda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün sahələri öz əksini tapıb, sistemləşdirilib. Burada istər daxili siyasət, istər xarici siyasət, neft diplomatiyası, qeyri-neft sektoru, regionların inkişafı, idman, mədəniyyət, təhsil və s. sahələrlə bağlı bütün materiallar xronoloji ardıcıllıqla sistemli şəkildə toplanılıb.

Ərəstun Mehdiyev qeyd edib ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Ölkəmiz qlobal layihələrin reallaşmasında, son illərdə daha intensiv xarakter alan beynəlxalq tədbirlərin keçirilməsində mühüm rol oynayır. Bütün bunlar, əlbəttə ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr və tədbirlərdir.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanı tanımaq, həqiqətən də öyrənib obyektiv şəkildə təqdim etmək istəyən tədqiqatçılarla, ekspertlərlə yanaşı, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən, məlumatları təhrif edən, onlardan öz maraqları naminə istifadə etməyə cəhd göstərən insanlar da var. Buna görə də biz çalışmalıyıq ki, informasiya mübarizəsində Azərbaycanla bağlı dolğun, obyektiv informasiyanı daha çox təqdim edək. Burada, əlbəttə ki, mətbuatla yanaşı, alimlərimizin, tədqiqatçılarımızın da üzərinə böyük məsuliyyət düşür.

Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Prezident Kitabxanasının əvvəlki layihələri kimi, bu portal da ölkəmizin həyatının müxtəlif sahələrinin öyrənilməsində mühüm rol oynayacaq.

“İlham Əliyev. Elektron külliyyat” adlı yeni resursun təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işinə başlayıb

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO