ELM VƏ TƏHSİL


İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələrinin layihəsi oldu

Bakı, 9 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İqtisadiyyat Nazirliyinin keçirdiyi Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr olunan tədbirdə iştirak ediblər. Tədbirdə Ali Neft Məktəbinin tələbələrinin müəllifi olduqları məşhur “ThermoNorth” layihəsi “İlin ən gənc startap layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-in V kurs tələbəsi Elmar Əsgərzadə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub.

Qeyd edək ki, BANM-in tələbələrinin müəllifləri olduqları “ThermoNorth” layihəsinin əsas məqsədi soyuq iqlimi olan ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.