REGİONLAR
İlin əvvəlindən bəri Bərdədə 624 abonent genişzolaqlı internet xidmətinə qoşulub
Bərdə, 23 iyul, AZƏRTAC
Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin ötən dövründə Bərdə şəhərində 1400 nömrəlik, Təhlə kəndində 160 nömrəlik elektron ATS quraşdırılıb. Bərdə şəhərində və kəndlərdə 220 abonentin xətt təsərrüfatı tikilib, Yeni Daşkənd kəndində 2 kilometr optik birləşdirici kabeli, Mehdixanlı, Umudalılar, Seyidyusifli, Hacallı, Həsənqaya kəndlərində 3,2 kilometr yeni xətlər çəkilib. Mollagüllər, Mollalı, Güloğlular, Mehdixanlı, Çələbilər, Bayramlı, Kələntərli kəndlərində hava xətlərində təmir işləri aparılıb, 15,5 kilometr naqil yenisi ilə əvəz edilib, 171 ədəd yeni dirək və 140 ədəd beton calaq basdırılıb. Şirvanlı, Mustafaağalı, Qaradəmirçi kənd EATS-də 384 nömrəlik DSLAM avadanlıqları quraşdırılıb.
Görülən işlər nəticəsində ilin əvvəlindən telefon abonentlərinin sayı 585 nəfər artıb, 624 abonent genişzolaqlı internet xidmətinə qoşulub. Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksək sürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir.