DÜNYA
İlin əvvəlindən bəri dünyada 58 jurnalist qətlə yetirilib
Bakı, 25 noyabr, AZƏRTAC
2017-ci ilin əvvəlindən indiyədək dünyada 58 jurnalist qətlə yetirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının Baş katibi Entoni Belanje Rusiya Jurnalistlər İttifaqının XII qurultayında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası mətbuat işçilərinin təhlükəsizliyinin təminatına dair qanun layihəsi hazırlayıb və dəstək üçün BMT-yə və nüfuzlu ölkələrin rəhbərlərinə müraciət edib.
UNESCO-nun noyabrın əvvəllərində yaydığı hesabata əsasən, 2006-cı ildən 2017-ci ilədək olan dövrdə 930-dək jurnalist peşə vəzifələrini yerinə yetirərkən öldürülüb. Qətlə yetirilən jurnalistlərin 29 faizi TV əməkdaşı, 17 faizi ştatdankənar müxbir olub. On ölüm hadisəsindən doqquzunda qatillər cəzasız qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]