DÜNYA


İlon Maskın şirkəti populyar “Tesla 3” modelini ucuzlaşdıracaq

Vaşinqton, 7 fevral, AZƏRTAC 

Populyar “Tesla” elektrokarını istehsal edən İlon Maskın şirkəti öz bazarını genişləndirmək və şirkətin səhmlərinin qiymətlərinin artmasına kömək etmək niyyətindədir.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, 2018-ci ilin sonundan başlayaraq ABŞ-da satılan elektrokarların 80 faizinin “Tesla”nın payına düşdüyü barədə məlumat açıqlanandan sonra şirkətin səhmlərinin qiymətləri artıb. İndi populyar elektrokar istehsalçısı “Tesla 3” modelinin qiymətlərini növbəti dəfə ucuzlaşdırdığını bildirib.

Şirkətin məlumatına görə, maşınların qiyməti 1,1 min dollar azaldılacaq. ABŞ-da ən populyar elektromobilin minimum qiyməti hazırda 42,9 min dollardır. Bundan əlavə, ABŞ-da elektrokar alıcıları üçün tam 8 min dollar məbləğində federal vergi krediti mövcuddur. Bu isə o deməkdir ki, “Tesla 3” alıcıya əslində 34,9 min dollara başa gələcək.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.