REGİONLAR


İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Siyəzəndə 8500 ağac əkiləcək

Siyəzən, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə siyəzənlilər böyük coşqu ilə qoşulub, rayonda ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 8 min 500 ağac tinginin əkilməsi nəzərdə tutulub.

Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamil Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilərək hazırlıq işlərinə başlanılıb. Rayon ərazisində 6,85 hektar sahədə 8 min 500 ağac tinginin əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə artıq şumlama aparılıb, arxlar çəkilib, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb.

Rayon sakini Firdovsi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmaməddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir. “Mən bir Siyəzən sakini olaraq bu kampaniyaya böyük həvəslə qoşulmuşam. Siyəzən rayonu ərazisində şoran torpaqlar çoxluq təşkil etdiyindən yaşıllıqların salınmasına böyük ehtiyac var. Əminəm ki, bu xeyirxah təşəbbüs rayonumuzun gözəlləşməsinə öz töhfəsini verəcək”.

Hazırlıq işlərinin iştirakçısı olan rayon sakini Eldar Muradov bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Hər kəs hazırlıq işlərində fəallıq göstərir. Hazırda çalalar qazılır, sahələrə üzvi gübrə daşınır. Hər bir rayon sakini kimi mən də bu aksiyanın uğurla həyata keçməsi üçün öz səyimi əsirgəmirəm”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.