REGİONLAR
İmişlidə 138 kümçüyə 250 qutu ipəkqurdu toxumu paylanılıb
İmişli, 3 may, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə kümçülərə ipəkqurdu toxumları paylanılıb. Rayonda 138 kümçü ipəkqurdu bəsləyəcək.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə rayona 250 qutu (4750 qram) ipəkqurdu toxumu gətirilib. Toxumlar 138 kümçüyə paylanılıb. Qurdların bəslənməsi üçün saxlanc yerləri hazır vəziyyətdədir. Həmçinin yem məhsulu üçün ötən illər ərzində rayon ərazisində salınan tut bağlarından istifadə olunacaq.
Qurdların lazımi səviyyədə bəslənilməsi üçün kümçülərlə maarifləndirici görüşlər keçirilib. Bu il rayon üzrə hər qutudan 40 kiloqram olmaqla, 10 min kiloqram barama tədarükü nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]