REGİONLAR


İmişlidə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan şahmat turniri keçirilib

İmişli, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan 8-12 yaşlı uşaqlar arasında şahmat turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir İmişli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə reallaşıb. Yanvarın 17-dən başlayan turnir iki gün davam edib. Bu gün isə turnirin final mərhələsi baş tutub.

Tədbirdə məktəb rəhbərliyi, məşqçi müəllimlər və şagirdlərin iştirakı ilə dəyirmi masa təşkil olunub. Öncə şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər şagirdlərə 20 Yanvar hadisəsi haqqında geniş məlumat veriblər.

Sonra turnirin final yarışı keçirilib. Qalib gələn şahmatçılar diplomlarla təltif olunublar. Sonda müəllim və şagirdlər Şəhidlər xiyabanını ziyarət ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.