REGİONLAR


İmişlidə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

İmişli, 15 mart, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtomobil ağacı çırpılıb və sürücü xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə martın 14-də saat 19 radələrində İmişli şəhərinə giriş yolunda qeydə alınıb. Biləsuvar rayon sakini 1991-ci il təvəllüdlü Mahmudov Ruslan Rasim oğlunun idarə etdiyi 90-PH-069 dövlət nömrə nişanlı “Khazar Peugeot” markalı minik maşını ilə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobil yararsız hala düşüb və ayaq nahiyəsindən xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.