REGİONLAR


İmişlidə çuğundur sahələrinin hər hektarından 303 sentner məhsul yığılır

İmişli, 27 noyabr, Mahir Babayev, AZƏRTAC

Xeyli müddətdir ki, İmişlidə şəkər çuğunduru sahələrinin məhsulu yığılır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda 109 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul istehsalçıları indiyədək plantasiyalardan 6115 tondan çox məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 303 sentnerə çatır ki, bu da ötən ildəkindən 39 sentner çoxdur.

Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 5648 ton məhsul yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.