REGİONLAR
İmişlidə əhalinin pulsuz tibbi profilaktik müayinəsi başa çatıb
İmişli, 14 may, Mahir Babayev, AZƏRTAC
İmişlidə əhalinin pulsuz tibbi profilaktik müayinəsi uğurla başa çatıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aksiya zamanı 18 yaşından yuxarı 85 min 318 nəfər rayon sakini 67 nəfər həkim və orta tibb işçisi tərəfindən yoxlanılıb. Müayinə zamanı 323 sakinin sağlamlığında müəyyən problemlər aşkarlanıb. Onlardan 249 nəfəri ambulator, 54 nəfəri stasionar müalicəyə cəlb olunub, 9 xəstə müalicə üçün Bakı şəhərindəki səhiyyə ocaqlarına göndərilib. 11 sakin isə rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub.
Xatırladaq ki, əhalinin pulsuz kütləvi tibbi müayinə aksiyası ölkə üzrə fevralın 12-dən başlayıb və 3 ay davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]