REGİONLAR


İmişlidə evdə partlayış olub, üç nəfər xəsarət alıb VİDEO

İmişli, 18 fevral, AZƏRTAC

İmişlidə partlayış nəticəsində üç nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün İmişli rayon Sarxanlı kəndində qeydə alınıb. Kənd sakini Tahir Atakişiyevə məxsus evdə qaz sızması zamanı güclü partlayış baş verib.

Hadisə zamanı ev sahibi Tahir Atakişiyev və həyat yoldaşı Ofelya Atakişiyeva, həmçinin ev sahibin qardaşı Səfər Atakişiyev yanıq xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Lakin vəziyyətləri ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.

Hazırda yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Həmçinin partlayış zamanı evin divarında çatlar əmələ gəlib, tavanın bir hissəsi çöküb. Partlayış nəticəsində əmələ gələn yanğın zamanı bir çox ev əşyası yanaraq sıradan çıxıb.

Faktla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.