REGİONLAR


İmişlidə kartof sahələrinin hər hektarından 125 sentnerdən çox məhsul götürülüb

İmişli, 3 avqust, Mahir Babayev, AZƏRTAC

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 176,8 hektar sahədə kartof əkiblər. Torpaq mülkiyyətçiləri bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 176,8 hektar sahədə kartof becəriblər. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər sahələrdən 2 min 215,3 ton kartof toplayaraq məhsul yığımını başa çatdırıblar. Hər hektarın məhsuldarlığı, ümumilikdə, 125,3 sentner olub ki, bu da ötən ildəkindən 26 sentner çoxdur.

Bölgələr, Kəhər, Soltanmurad, Aranlı kəndlərində fəaliyyət göstərən fermerlərin kartof sahələrinin məhsuldarlığı ümumrayon göstəricisindən 10-15 sentner çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.