İmişlidə nəqliyyat xidməti gəlirlərinin 4 milyon manatdan çoxu yükdaşımanın payına düşüb
AzerTAg.az

İmişli, 21 fevral, Aydın Yavərzadə, AZƏRTAC
2022-ci ildə İmişli rayonunda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər faktiki qiymətlərlə 8 milyon 539,5 min manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz çox xidmət göstərib.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, nəqliyyat xidmətindən gələn gəlirlərin 4 milyon 848,2 min manatı yük daşınmasından, 3 milyon 691,3 min manatı isə sərnişin daşınmasından olub. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 1 milyon 157 min ton yük daşınıb. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.
Nəqliyyat sektorunda sərnişin daşınması 2022-ci ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz artaraq 6 milyon 294 min sərnişin təşkil edib.
Xəbərin mətnində orfoqrafik səhv var