REGİONLAR
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib VİDEO
İmişli, 6 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə baş verən yol qəzası zamanı iki minik maşını toqquşub. Hadisə nəticəsində sürücülərdən biri ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası saat 12 radələrində İmişli şəhər Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişdiyi yol qovşağında baş verib. Qəza zamanı Saatlı rayonu Bəylik kənd sakini, 1991-ci il təvəllüdlü İdayətov Təbriz Hidayət oğlunun idarə etdiyi 99-RV-412 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil və İmişli şəhər sakini, 1976-cı il təvəllüdlü Quliyev İdris Əliqulu oğlunun idarə etdiyi 99-EP-498 dövlət nömrə nişanlı "Mercedes Benz C200" markalı minik maşını toqquşub.
Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.
Faktla əlaqədar İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.