REGİONLAR


İmişlidə tikilən 48 mənzilli yaşayış binasının bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub

İmişli, 18 avqust, Mahir Babayev, AZƏRTAC

İmişlidə əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin Abbasqulu bəy Şadlinski küçəsində inşa olunan 48 mənzilli yaşayış binasının tikintisində işlərin 85 faizi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan dördmərtəbəli binanın tikintisinə ötən ilin dekabrında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, qapı-pəncələr yerləşdirilib, elektrik, qaz, su xətləri çəkilib, suvaq işləri görülüb. Hazırda otaqların döşəməsi vurulur. Bu başa çatdıqdan sonra mənzillərdə kombi quraşdırılacaq, rənglənmə işləri görüləcək. Binanın dayanıqlı elektrik və su ilə təmin olunması üçün transformator qoyulacaq və 100 tonluq su anbarı tikiləcək.

Yaxın vaxtlarda ərazidə abadlıq işlərinə başlanılacaq, asfalt döşənəcək, yaşıllıqlar salınacaq.

Yaşayış binasının bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.