İmişlidə yanvar ayında 50 min tondan çox süd istehsal olunub
AzerTAg.az
İmişli, 16 fevral, Mahir Babayev, AZƏRTAC
Heyvandarlıq İmişlidə aqrar sahənin əsas istiqamətlərindəndir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Həmçinin dövlətin fermerlərə etdiyi güzəştlər və son məhsula görə verdiyi əlavə subsidiyalar heyvandarlığın inkişafına güclü təkan verir. Bunun nəticəsində də mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının artmasında yaxşı nəticələr qazanılır. Hazırda fərdi təsərrüfatlarda 95 min 482 baş iribuynuzlu mal-qara və 254 min 678 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək camışların baş sayı 40 min 678-ə çatıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon statistika idarəsindən məlumat verilib. Bildirib ki, cari ilin ilk ayında fermerlər bəslədikləri mal-qaradan 13 min 273.6 ton ət (diri çəkidə), 50 min 307.3 ton süd götürüblər. Məhsul istehsalçıları, həmçinin 40 milyon 336 min ədəd yumurta da istehsal ediblər.

Xəbərin mətnində orfoqrafik səhv var