ELM VƏ TƏHSİL
İmtahan verən abituriyentlərdən 3293 nəfər əvvəlki illərin məzunudur
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də qəbul imtahanı verən abituriyentlərdən 3293-ü əvvəlki illərin məzunudur.
Bu barədə AZƏRTAC- Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 20 min 725-i Azərbaycan, 2153-ü isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 13 min 648 nəfəri oğlan, 9 min 230 nəfəri qızdır. 19 min 68 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3293 nəfər əvvəlki illərin məzunudur.
Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirilir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur.