REGİONLAR


İndiyədək Oğuzda 8,6 tonadək yaş barama istehsal edilib

Oğuz, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 2 dəfədən çox artırılaraq 12 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 300 qutu və ya 5,7 kiloqram ipəkqurdu paylanılıb. Hazırda rayonda istehsalçılardan barama tədarükü davam edir. Oğuzlu kümçülər indiyədək qəbul məntəqəsinə 8 ton 585 kiloqram yaş barama təhvil veriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bayan kənd sakini Qalib Seyidxanov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 330 kiloqram yaş barama təhvil verib. Padar kəndindən Gülnarə Yunusova builki mövsümdə 252 kiloqram, Yaqublu kəndindən Sahibə Allahverdiyeva isə 240 kiloqram yaş barama istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.