DÜNYA


İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 318 nəfərə çatıb

İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 318 nəfərə çatıb

Tokio, 27 noyabr, AZƏRTAC

İndoneziyada bir həftə əvvəl baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 318 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 27-də ANTARA agentliyi Təbii Fəlakətlərə Qarşı Mübarizə Agentliyinə istinadla məlumat yayıb. Bununla yanaşı, hələ də 14 nəfərin itkin düşdüyü bildirilir.

Həmçinin agentliyin məlumatında qeyd edilir ki, təbii fəlakət nəticəsində 7729 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, eyni zamanda, 73 mindən çox insan hələ də evlərinə qayıda bilmir.

Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib. Yeraltı təkanların episentri paytaxt Cakartadan cəmi 74 kilometr cənub-şərqdə, ocağı 5 kilometr dərinlikdə yerləşib.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.