DÜNYA


İndoneziyada koronavirusa yoluxanların sayı 45 mini ötüb

Tokio, 20 iyun, AZƏRTAC

Son məlumatlara görə, İndoneziyada koronavirusa yoluxanların sayı 45 min 29 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 20-də İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində bu ölkədə koronavirusa 1226 yoluxma halı qeydə alınıb. İnfeksiyanın yayıldığı bütün dövr ərzində 17 min 883 nəfər sağalıb, 2429 nəfər isə həyatını itirib.

Əlavə olaraq qeyd edilir ki, İndoneziyada virusun yayılması dövründə ən yüksək göstərici iyunun 18-də qeydə alınıb – 1331 nəfər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.