DÜNYA


İndoneziyada polis etirazçıları qovmaq üçün gözyaşardıcı qaz tətbiq edib

Tokio, 22 may, AZƏRTAC

Mayın 22-də səhər saatlarında İndoneziya polisi Cakartanın mərkəzi rayonunda Seçkiləri Müşahidə Agentliyinin (Bawaslu) qarşısına toplaşan bir neçə yüz etirazçını qovmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Jakarta Globe” nəşri məlumat yayıb.

Xatırladaq ki, İndoneziya Mərkəzi Seçki Komissiyası mayın 20-də axşam saatlarında ötən ay keçirilmiş seçkilərdən sonra səslərin hesablanmasını başa çatdırıb. Hazırda hakimiyyətdə olan prezident Coko Vidodo 55,5 faiz, onun rəqibi P.Subianto isə 45,5 faiz səs toplayıb.

Bildirilir ki, polis əvvəlcə etirazçılara üç dəfə müraciət edərək onlardan evlərinə dağılışmağı xahiş edib, lakin onlar bu tələbə tabe olmayıblar. Bundan sonra polis gözyaşardıcı qaz tətbiq edib. Etirazçılar buna cavab olaraq polisə daş, şüşə butulka və taraqqa atmağa başlayıblar.

Etirazçılar seçkilərdə məğlub olduqlarını qəbul etməyən P.Subianto və S.Unonun tərəfdarlarıdır. Onların yerli bazar ətrafında bir neçə obyekti yandırdığı da bildirilir. Etirazçılardan bir neçəsi həbs edilib. Polisin əsasən təxribatçıları axtardığı qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.