DÜNYA


İndoneziyada seçkilərdən sonra yorğunluqdan ölən komissiya üzvlərinin sayı 139-a çatıb

Tokio, 24 aprel, AZƏRTAC 

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdən sonra səslərin sayının hesablanması zamanı yorğunluqdan ölən komissiya üzvlərinin sayı 139 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 24-də Cakartada İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik üzrə əlaqələndirici naziri Viranto məlumat verib.

Nazirin sözlərini sitat gətirən “Kompas” portalı yazır: “Bu günə olan məlumata görə, seçki komissiyaları üzvlərinin 139-u vəfat edib, daha 500 nəfər xəstəxanalara yerləşdirilib”. Nazir əlavə edib ki, hazırda səslərin hesablanması davam edir. Ümumilikdə məntəqələrdə işə 7 milyon insan cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.