DÜNYA


İndoneziyada vulkan 12 kilometr hündürlüyə kül püskürüb

Tokio, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanı 12 kilometr hündürlüyə kül püskürüb və piroklastik axın baş verib.

AZƏRTAC İndoneziya KİV-inə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan videolarda yerli sakinlərin təbii fəlakətdən xilas olmaq üçün qaçdığı aydın görünür.

Yaxın kəndlərin üzərini tüstü bürüyüb. Videogörüntülərdə piroklastik axınların törətdiyi çoxsaylı dağıntılar müşahidə edilir. Hələlik həlak olanlar barədə məlumat verilmir.

Yerli hökumət strukturlarının yaydığı məlumata görə, vulkan dekabrın 3-də axşam saatlarından püskürməyə başlayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.