CƏMİYYƏT


İndoneziyalılar Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriblər

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də İndoneziyanın paytaxtı Cakarta şəhərindəki Ermənistan səfirliyi qarşısında Azərbaycana dəstək aksiyası keçirilib. İslam Əməkdaşlığı Gənclər Forumu (İƏGF) Avrasiya üzrə Regional Mərkəzinin “Qarabağ – Azərbaycandır!” şüarı ilə keçirilən beynəlxalq fəaliyyətləri çərçivəsində baş tutan aksiyada İndoneziyanın 40-dan çox gənclər təşkilatının sədrləri və nümayəndələri iştirak ediblər.

İƏGF-dan AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın yürütdüyü işğalçılıq siyasətini və hərbi təcavüzü pisləyərək Azərbaycanın beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü təmin etməsini alqışlayıblar. Onlar bu münasibətlə Azərbaycan xalqını və hökumətini təbrik ediblər. Aksiyada Ermənistan hökumətinə və xalqına aqressiv xarici siyasətdən, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməyə, atəşkəs haqqında bəyanatın bütün müddəalarını tam və vaxtında yerinə yetirməyə və regionda dayanıqlı sülhün əldə edilməsi üçün revanşizm düşüncəsindən əl çəkməyə çağırış edilib.

Aksiya iştirakçıları adından Tantan Taufiq Lubis, Syafii Efendi və Astrid Nadya Rizqita çıxış edərək aksiyanın müvafiq bəyanatını oxuyublar.

Qeyd olunub ki, İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin beynəlxalq idarə heyəti 2020-ci ilin iyul ayında “Qarabağ – Azərbaycandır!” şüarı ilə beynəlxalq kampaniyanın həyata keçirilməsi barədə qərar qəbul edib və Regional Mərkəz ötən müddət ərzində bu çərçivədə fəaliyyətlər aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.