Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İndoneziyanın KİV-ləri Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə məlumatlandırılıb

Cakarta, 18 noyabr, AZƏRTAC

Azərbaycanın Ermənistan ordusu tərəfindən uzun illərdən bəri işğal altında saxlanılan torpaqlarının azad edilməsi barədə İndoneziya mətbuatında təbliğat işinin davam etdirilməsi məqsədilə, ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyev Qərbi Yava əyalətinin Purvakarta şəhərinə səfəri çərçivəsində burada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə müsahibələr verib.

AZƏRTAC xəbər verir ki, “Radio Akom” və “Ash-Shidiq” radiolarına, “Pasudan Ekspres” qəzetinə və “Jabarnews.com” xəbər portalına müsahibələrində səfir Azərbaycanın coğrafi mövqeyi, tarixi və iqtisadiyyatı haqqında ətraflı danışıb. Diplomat Azərbaycan ilə İndoneziya arasında siyasi və iqtisadi münasibətlər, həmçinin iki dost ölkənin regionlarının əməkdaşlıq imkanları haqqında məlumat verib.

Eyni zamanda, C.Mirzəyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin bu ölkənin silahlı qüvvələri tərəfindən işğal edilməsi və həmin ərazilərdə azərbaycanlıların etnik təmizləməyə məruz qalması barədə sualları cavablandırıb. Səfir işğal nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasına məhəl qoymadığını bildirib.

Cari ilin iyulundan başlayaraq Ermənistan silahlı qüvvələrinin sərhəddə və təmas xətti boyunca intensiv şəkildə hərbi təxribatlara əl atması, xüsusilə sentyabrın 27-də genişmiqyaslı hərbi təcavüzə başladığı vurğulanıb.

Səfir C.Mirzəyev Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı qadın, uşaq, yaşlı insanlar arasında fərq qoymayaraq, qətliamlar törətməsi, tarixi-dini abidələri dağıtması, hətta Azərbaycan xalqının hisslərini təhqir etmək məqsədilə işğal altındakı torpaqlarımızdakı məscidləri tövləyə çevirərək orada donuz saxlamaları haqqında geniş danışıb.

Həmçinin Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı başladığı yeni hərbi təcavüz zamanı xüsusilə Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə endirilən raket zərbələri ilə mülki əhaliyə qarşı törədilən amansız hücumlar barədə geniş məlumat verilib. Bildirilib ki, bu hücumlar nəticəsində onlarca insan, o cümlədən uşaqlar və qadınlar həlak olub, yüzlərlə sakin yaralanıb. İndoneziyalı jurnalistlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqının başına gətirdiyi faciələrə, son günlərdə yaşanan hadisələrə görə dərin təəssüf hissi keçirdiklərini və ən qısa zamanda ədalətin öz yerini tapacağına ümid etdiklərini bildiriblər.

Haqlı mübarizəmizin təkcə İndoneziya XİN tərəfindən deyil, həmçinin İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Parlament fraksiyaları, İndoneziyanın bütün müsəlman dini icmalarını özündə birləşdirən Üləmalar Məclisi tərəfindən yazılı bəyanatlarla dəstəkləndiyi müsahibələrdə xüsusi vurğulanıb.

Azərbaycanlı səfir indoneziyalı dinləyicilərə və oxuculara ölkəmizin iqtisadi inkişafı, aparılan islahatlar, Azərbaycanın regionda liderliyi ilə həyata keçirilən irimiqyaslı transregional enerji və infrastruktur layihələri, habelə Azərbaycan–İndoneziya münasibətləri barədə də geniş məlumat verib. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf yolunda olduğu və bu əlaqələrin daha yüksək səviyyəyə qaldırılması məqsədilə bir sıra konkret sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Ölkələrimiz arasında investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edən diplomat Azərbaycandakı əlverişli investisiya mühiti haqqında məlumat verib. Azərbaycan–İndoneziya münasibətlərinin möhkəm zəmində inkişaf etdirilməsi məqsədilə ölkələrimizin regionları arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb.

Müsahibələr zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təcavüzü nəticəsində dinc əhaliyə, dini abidələrə qarşı hücumları əks etdirən əyani materiallar mətbuat nümayəndələrinə təqdim edilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar