ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu: Anomaliyaların aşkarlanması metodları araşdırılır

Bakı, 19 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Anomaliyaların aşkarlanması metodlarının analizi” mövzusunda müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəni təqdim edən magistrant Leyla Yusifova anomaliyaların aşkarlanması probleminin müxtəlif aspektlərinin araşdırılması, statistik metodların, maşın təlimi metodlarının analizi, məsafəyə və sıxlığa, təlimə əsaslanan metodlar (klassifikasiya), təlimsiz metodlar (klasterizasiya) haqqında məlumat verib.

Anomaliyaların aşkarlanmasının tətbiq sahələrindən söz açan L.Yusifova bundan kredit kartları və mobil telefonlarla həyata keçirilən əməliyyatlar zamanı fırıldaqçılığın, digər şübhəli fəaliyyətlərin, kompüter şəbəkələrində müdaxilələrin (kibertəhlükəsizlik təhdidləri), hərb, tibb və sığorta sahələrində saxtakarlığın aşkarlanmasında, kritik vacib sistemlərin təhlükəsizliyinin təmin olunmasında və s. geniş istifadə edilməsinin önəmini vurğulayıb. O, anomaliyaların tipləri və aşkarlanması metodları, onların üstünlükləri və çatışmazlıqları barədə danışıb.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.