ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu: Kənaraçıxmaların aşkarlanması alqoritmləri araşdırılır

Bakı, 4 may, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda “Kənaraçıxmaların aşkarlanması alqoritmləri” (Outlier detection algorithms) mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəni təqdim edən şöbənin doktorantı Tural Bədəlov məsafəyə görə kənaraçıxmaların təyini üçün KNN alqoritmi, sıxlığa əsaslanan yanaşma (Local Outlier Factor – LOF), klaster əsaslı yanaşmalar (CBOD), hesablama mürəkkəbliyi (Big O notation), qərar ağacı metodu, ansambl əsaslı yanaşma (Random Forest) haqqında ətraflı məlumat verib. Bildirib ki, tədqiqat işinin aparılmasında məqsəd kənaraçıxmaların təyini üçün müxtəlif növ alqoritmlərin araşdırılmasıdır. Bundan sonra hansı halda müvafiq alqoritmdən istifadə etməyin məqsədəuyğun olduğuna qərar verilir.

T.Bədəlov kənaraçıxmaların təyini üçün statistik əsaslı, məsafəyə, sıxlığa və klasterləşdirməyə əsaslanan, ansambl əsaslı, öyrənməyə əsaslanan metodlardan söz açaraq, sadalanan hər bir alqoritm barədə geniş məlumat verib, onların üstünlükləri və çatışmazlıqlarını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzuya dair fikirlərini bölüşüb, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.