ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar imtahan veriblər

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları informasiya mühafizəsi və təhlükəsizliyi, informasiya texnologiyaları və telekommunikasiya sistemləri, eləcə də kompüter elmləri ixtisasları üzrə imtahan veriblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda 7 magistrant öz biliyini sınayıb. Növbəti imtahanların isə iyunun 28-də, iyulun 1-də və 5-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.