CƏMİYYƏT


“İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusu müzakirə olunmuşdur

Bakı, 30 iyun (AZƏRTAC). “İrəli” Gənclik Mərkəzində “WeBlog-3” layihəsi çərçivəsində görüş keçirilmişdir.

Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, texnologiyalar üzrə ekspert Əli Hacızadə “İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda məruzə etmişdir. Onun informasiya müharibəsinin mahiyyəti və bloqlardan səmərəli istifadə qaydaları ilə bağlı söhbəti gənclərin marağına səbəb olmuşdur.

“İrəli” İnformasiya Texnologiyaları Mərkəzinin “WeBlog-3” layihəsində iştirak etmək üçün ərizə verən 80 gəncdən 40-ı müsabiqədən keçmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.