ELM VƏ TƏHSİL
İnformasiya texnologiyaları üzrə terminologiya məsələləri araşdırılacaq
Bakı, 21 mart, AZƏRTAC
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri, terminlərin mətndən avtomatik seçilməsi metodları araşdırılacaq.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu barədə qurumun şöbə müdiri Səyyar Abdullayev məlumat verib.
Qeyd olunub ki, il ərzində informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcüməsi, təsnifi, sistemləşdirilməsi, onların etimoloji mənşəyi və yaranma tarixi ilə bağlı tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]