“İnformatika” vəsaitinin yenilənmiş nəşri çap olunub
AzerTAg.az

Bakı, 27 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “İnformatika” vəsaitinin yenilənmiş nəşrini çap edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, “İnformatika” vəsaiti bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da imtahanlara hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. Vəsaitin 7, 8, 9 və 10-cu fəsilləri tamamilə yenidən işlənib.
Kitab 13 fəsildən ibarətdir. Kitabı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var