DÜNYA


İngilis turist Pompey mozaikasını oğurlamağa cəhd edib

London, 9 aprel, AZƏRTAC

İtaliyada Pompey mozaikasını oğurlamağa cəhd edən ingilis turist yaxalanıb.

İyirmi bir yaşlı qadın arxeoloji sahədəki qoruyucu kəməri keçərək mozaikanın hissələrini çıxarmağa cəhd edib. Hadisə yerini tərk etməyə çalışan qadın polis tərəfindən tutulub. Hadisə nəticəsində mozaikaya təxminən 3 min avro dəyərində ziyan dəyib.

Qeyd edək ki, dəfələrlə mozaikanın hissələrini əldə etmək istəyənlər olub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.