İDMAN


İngiltərə Premyer Liqası: “Arsenal” öz meydanında “Tottenhem”i məğlub edib

Bakı, 26 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Emireyts” stadionunda iki London təmsilçisi - “Arsenal” öz meydanında “Tottenhem” komandasını qəbul edib.

Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Meydan sahiblərinin heyətində Emil Smit-Rou, Pyer Abameyanq, Bakayo Saka, qonaqların isə Son Xın-Min fərqləniblər.

Qeyd edək ki, hər iki komanda 10 xalla, doqquzuncu və onuncu yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.