İDMAN


İngiltərə Premyer Liqası: “Mançester Siti” səfərdə “Tottenhem”i minimal hesabla məğlub edib

Bakı, 30 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İngiltərə Premyer Liqasının 10-cu turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması “Uebli” stadionunda keçirilib. “Tottenhem” klubu son çempion “Mançester Siti” komandasını qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən yeganə qolun müəllifi qarşılaşmanın 6-cı dəqiqəsində Riyad Mahrez olub. O, Rəhim Sterlinqin cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu qələbədən sonra Pep Qvardiolanın yetirmələri xallarının sayını 26-ya çatdıraraq turnir cədvəlində birinci pillədəki mövqeyini qoruyub. “Tottenhem” isə 21 xalla 5-ci yerdə qərarlaşıb.

İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Siti” noyabrın 4-də “Southampton” klubunu qəbul edəcək. “Tottenhem” isə səfərdə “Volverhampton” komandasının qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.