İDMAN


İngiltərənin “Uotford” klubu Premyer Liqaya qayıdır

Bakı, 26 aprel, AZƏRTAC

İngiltərənin “Uotford” klubu Premyer Liqaya qayıdır.

AZƏRTAC xəbər verir ki, Çempionşipin 44-cü turunda “Miluoll”u 1:0 hesabı ilə məğlub edən komanda ən yaxın izləyicisi “Brentford”dan 10 xal uzaqlaşıb. Bununla da son 3 tur qalmış 2-ci olan “Uotford”un elitaya çıxması rəsmiləşib.

Bundan əvvəl “Norviç” də gələn mövsüm Premyer Liqada iştirak hüququ qazanıb.

Qeyd edək ki, “Uotford” 2019/2020-ci il mövsümündə Premyer Liqanı tərk etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.