İDMAN


“İnter” klubu “Bayer Leverkuzen”i məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

Bakı, 11 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın “İnter” klubu Almaniyanın “Bayer Leverkuzen” komandası ilə üz-üzə gəlib. Görüş “İnter”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İtalyanların heyətində Nikolo Barella və Romelu Lukaku fərqləniblər. Leverkuzen təmsilçisinin yeganə qoluna isə Kai Havertz imza atıb. Bu qələbə sayəsində “İnter” UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.