ELM VƏ TƏHSİL


İnternat məktəbində Novruz şənliyi

Bakı, 16 mart, AZƏRTAC

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bayram tədbiri Dədə Qorqud, Bahar qızı, Keçəl və Kosanın gəlişi ilə başlayıb. Daha sonra internat məktəbinin həyətində Novruz tonqalı qalanıb. Milli geyimdə olan şagird və müəllimlər tonqal ətrafında “Yallı” rəqsini ifa ediblər.

Uşaqlar Novruz adət-ənənələrini əks etdirən səhnəciklər göstərib, şeirlər söyləyib, rəqslər ifa ediblər. Onlar Kosa və Keçəllə birgə rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan internat məktəbində dulusçuluq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi peşə kabinetləri fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur.

İnternat məktəbində 203 şagirdin təlim-tərbiyəsi ilə 62 nəfərlik pedaqoji heyət məşğul olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.