ELM VƏ TƏHSİL


İnternat məktəbinin 2 məzunu Prezident təqaüdünə layiq görülüb

Bakı, 3 yanvar, AZƏRTAC 

Ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan IX sinif üzrə 964 nəfər, XI sinif üzrə isə 549 nəfər məzun olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, XI sinif üzrə məzunlardan 207-si ali, 48-i orta ixtisas, 23-ü isə peşə təhsili müəssisələrinə qəbul olunub. IX sinif üzrə 964 məzundan 85-i orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2-si yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.