Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İnternetin yaranması tarixindən

İnternetin yaranması tarixindən

Bakı, 3 may, AZƏRTAC

Bəşər tarixində üç informasiya inqilabı məlumdur: onlardan birincisi - yazının, ikincisi - kitab çapının ixtirası ilə bağlıdır. İndi biz gələcəkdə insan bütün həyat şəraitini keyfiyyətcə dəyişdirməli olan üçüncü informasiya inqilabının başlanğıcındayıq. Bu inqilab, İnternetin - haqlı olaraq müasir texnologiyanın ən təsirli icadlarından biri sayılan qlobal kompüter informasiya şəbəkəsinin ortaya çıxması ilə əlaqəlidir. Bu şəbəkə, sözün əsl mənasında, XX əsrin son iyirmi ili ərzində lokal və ərazi miqyaslı bir çox kompüter şəbəkələrinin birləşdirilməsi nəticəsində meydana gəldi.

İlk lokal hesablama şəbəkələri 60-cı illərdə yaranmışdır. Onların hər biri informasiya mübadiləsinə imkan verən, hər hansı bir təşkilatın və ya firmanın hesablama maşınları sistemi idi, xüsusi kabellərlə birləşdirilərək bir və ya bir neçə yaxın binada yerləşirdi. Ərazi hesablama şəbəkələri bir-birinə bağlı olan bir neçə lokal şəbəkənin toplusu idi və yerli şəbəkələrin inkişaf etmiş forması sayılırdı. Onlardan istifadə edərək cari sistemin xaricindən məlumat almaq və əksinə, məlumat göndərmək olardı. Bu prosesin məntiqi zirvəsinə qlobal İnternet şəbəkəsi oldu. İnternet dünyadakı on minlərlə özəl, ticarət, akademik, dövlət və digər informasiya şəbəkələrini vahid bir sistem şəklində birləşdirərək sözün əsl mənasında kompüter şəbəkəsi sisteminə çevrildi.

1969-cu ilin yanvarında ABŞ hökuməti internetin yaranmasının əsasını qoydu. Həmin ildə bir qrup alim strateji əhəmiyyətli məlumatların saxlandığı bir neçə kompüteri vahid bir sistem şəklində birləşdirdi. Onların işləri ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Perspektiv Tədqiqatlar İdarəsi (ARPA) tərəfindən maliyyələşdirilirdi. ABŞ hökuməti üçün bu sistem ona görə əlverişli idi ki, nüvə müharibəsi baş verəcəyi halda o, belə kompüterlərin fasiləsiz işləməsini təmin etməli idi. ARPANET sistemi əvvəllər yalnız elmi işçiləri uzaq kompüter mərkəzləri ilə birləşdirirdi. Lakin tezliklə aydın oldu ki, o çox rahat bir şəkildə elektron məktublar göndərmək və məlumat mübadiləsi üçün xidmət edə bilər. 1980-ci ilə qədər ARPANET-in nümunəsində müxtəlif cəmiyyətləri, qrupları və təşkilatları birləşdirən bir neçə başqa milli kompüter şəbəkəsi yaradıldı (məsələn, hesablama texnikası və proqramlaşdırma sahəsində tədqiqatçıları birləşdirən CSNET). 1983-cü ildə ARPANET iki şəbəkəyə ayrıldı - ARPANET və MULNET.

ARPANET dinc və elmi məqsədlər üçün istifadə olunmağa başladığı halda, MULNET sistemi hərbi məqsədlərlə istifadə üçün ehtiyatda saxlanıldı. Onlar arasında informasiya mübadiləsi sistemi nəzərdə tutulmuşdu. Bu birləşməyə İnternet adı verildi. İlk vaxtlar ABŞ-da bütün milli kompüter şəbəkələri bir-birindən ayrı şəkildə mövcud idi, lakin tədricən bir-birinin ardınca İnternetə qoşuldular. Nəhayət, 1986-cı ildə ABŞ Milli Elm Fondu bütün ölkə alimlərini müxtəlif elmi mərkəzlərdə yerləşən beş superkompüterlə birləşdirdi. Bu superkompüterləri birləşdirən yüksəksürətli kompüter şəbəkələri NSFNet adı altında baza şəbəkəsi yaratmışdılar. Hazırda İnternet adı ilə tanınan bu şəbəkə, o dövrün qlobal kompüter şəbəkəsinin təməli halına gəlmişdi. Növbəti on ildə bir çox digər regional və milli kompüter şəbəkələri bu şəbəkəyə qoşulduqda, İnternet bütün dünyanı əhatə edən nəhəng bir sistemə çevrildi.

Əvvəllər İnternetdən yalnız mütəxəssislər istifadə edirdilər, lakin, tədricən şəbəkədən istifadə edənlərin dairəsi xeyli genişləndi. İndi ən müxtəlif peşə sahibləri - evdar qadınlar, vəkillər, yazıçılar, idmançılar, polislər, bağbanlar, aşpazlar, biznesmenlər, tələbələr və başqaları onun xidmətlərindən yararlanırlar. Bu insanların internetə marağı onunla izah olunur ki, o, həqiqətən də hər kəsə lazım olan və maraqlı məlumatlar təqdim edə bilir. İnternet müxtəlif məlumat banklarına daxil olmaq imkanı, kitabxana məlumatlarının axtarışı, elektron poçtdan istifadə və s. kimi bir çox müxtəlif xidmətlər təqdim edir. İnternetə qoşulmaqla hər bir istifadəçi bəşəriyyətin topladığı geniş informasiya ehtiyatlarına sürətli giriş əldə edir. O, dünyanın ən böyük kitabxanalarının kataloqlarına baxa, təzə xəbərləri öyrənə, müxtəlif sənədlərin surətlərini ala, onu narahat edən məsələləri müzakirə edə, elm və biznes sahəsində həmkarları ilə əlaqələr qura bilər. O, dünyanın istənilən yerindən mesajlar ala və göndərə, minlərlə müxtəlif mövzulara həsr olunmuş xəbərlər və ismarıclar oxuya, istənilən sənədləri, kitabları, şəkilləri, audio yazıları və filmləri tapa, yeni insanlarla tanış ola, özünə maraqlı olan malların qiymətlərini və s.öyrənə bilər. Tutaq ki, istifadəçiyə kompüter üçün hər hansı bir proqram lazımdır. Bu zaman o, hər hansı bir universitetlə əlaqə saxlayaraq proqramı onların kompüterindən kopyalaya bilər. Hər hansı bir eksponat haqqında məlumat almaq üçün istənilən muzeylə əlaqə saxlamaq, hər hansı bir kitabxanaya distant şəkildə daxil olmaq olar. İstifadəçilər müxtəlif ictimai və dövlət təşkilatlarının rəsmi xülasələrini, bülletenlərini, bildirişlərini və icmallarını əldə edə bilər. İnternet vasitəsilə çoxsaylı xəbər proqramlarından birinə abunə olmaq, ən son xəbərləri hətta televiziya və qəzetlərdə çıxmazdan əvvəl əldə etmək olar. Lakin, hazırda ən populyar İnternet proqramı elektron poçt olaraq qalır, çünki bu, insanlar arasında informasiyanın poçt markasından aşağı olan qiymətə ötürülməsinin ən sürətli, qənaətli və sadə üsuludur. Dünyanın hər hansı bir nöqtəsində məlumat bankına daxil edilən informasiyanı bir neçə saniyədən sonra dünyanın istənilən başqa nöqtəsində oxumaq və çapa göndərmək olar. Bundan əlavə, mesajlara mətnlərlə bərabər, rəsmlər, fotoşəkillər, səs və videoyazılar, sənədlər və proqramlar da daxil ola bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi