ELM VƏ TƏHSİL


İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 36 nəfər qeydiyyatdan keçib

Bakı, 19 yanvar, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünün (inzibati rəhbər vəzifələr) AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə yanvarın 27-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 19-na olan məlumata görə, 36 nəfər qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Xatırladaq ki, qeydiyyat yanvarın 25-i saat 17:00-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.